BDU-nun tarix fakültəsinin dekan müavini iş yerində dünyasını dəyişib - VİDEO

BDU-nun tarix fakültəsinin dekan müavini iş yerində dünyasını dəyişib - <span style="color: red;">VİDEO
# 24 fevral 2014 08:58 (UTC +04:00)

Universitetdən APA-ya verilən xəbərə görə, BDU-nun tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, tarix elmləri doktoru, professor Rəfael Süleymanov iş yerində dünyasını dəyişib. Hadisə liftin qarşısında baş verib.

Qeyd edək ki, R.Süleymanov 1940-cı il yanvarın 25-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1968-ci ildə oranı «Tarixçi. Tarix və ictimaiyyət müəllimi» ixtisası ilə bitirib. 1975-ci ilin mayında Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin Müdafiə Şurasında «XIX əsrin birinci yarısında Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələri» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ilin dekabrında Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun Müdafiə Şurasında «Azərbaycanda orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması: 1920-1985-ci illər» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

R.Süleymanov Cənub və Qərb slavyan ölkələrinin müasir tarixi, Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələrinin tarixi, Azərbaycanda ali və orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması problemlərini tədqiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR