İranla Hindistan arasında problem yaranıb

İranla Hindistan arasında problem yaranıb
# 04 oktyabr 2013 11:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Hindistan arasında neft alqı-satqısı ilə bağlı yaranmış borcun ödənilməsi məsələsində problem yaranıb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, İran tərəfi Hindistanın İrana olan borcunun hamısını Hindistanın rəsmi pul vahidi rupi ilə ödəmək planına qarşı çıxıb. Eyni zamanda İran rupi ilə Hindistana neft satışını dayandırıb.

Qeyd edək ki, İran ötən ilin iyul ayında Hindistanın bütün borcunu rupi ilə ödəməsini qəbul edib. Ancaq rəsmi Tehran Dehlinin xarici valyutanın ölkədən çıxışına maneə törətməsi səbəbindən bu planın qüvvəyə minməsinə qarşı çıxıb. Hindistan rupisinin son bir ildə dollara nisbətən dəyəri 17% aşağı düşüb. Rəsmi Dehli milli valyutasının dəyərinin daha çox düşməsinin qarşısını almaq məqsədilə xarici valyutaların ölkədən çıxışını əngəlləməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR