Pakistan taliblərinin lideri İslamabadla danışıqlara hazır olduğunu təsdiqləyib

Pakistan taliblərinin lideri İslamabadla danışıqlara hazır olduğunu təsdiqləyib
# 10 oktyabr 2013 02:27 (UTC +04:00)

Bakı-APA. “Təhrik Taliban-i-Pakistan” islamçı qruplaşmasının lideri Həkimulla Məsud Pakistan hökuməti ilə danışıqlara hazır olduqlarını bəyan edib. APA-nın məlumatına görə, H.Məsud BBC-nin müxbiri ilə söhbətində İslamabadla ciddi danışıqlara hazır olduğunu bir daha təsdiq edib.

“Təhrik Taliban-i-Pakistan” qruplaşmasının hakimiyyət nümayəndələri ilə dialoqa hazır olduğunu deyən H.Məsud bununla belə qeyd edib ki, bu vaxtadək İslamabaddan danışıqlar masasına keçmək təklifləri almayıb.

Pakistan taliblərinin lideri həmçinin rəhbərlik etdiyi qruplaşmanın Pişəvər şəhərindəki terror aktlarına aidiyyatı olmadığını deyib, habelə Amerika və onun dostlarına qarşı mübarizəni davam etdirəcəyini vəd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR