Bakıda inşasına başlanmış yeni avtomobil yolunun layihəsinin son variantı hazırlanıb

Bakıda inşasına başlanmış yeni avtomobil yolunun layihəsinin son variantı hazırlanıb
# 08 yanvar 2014 10:52 (UTC +04:00)

Artıq layihənin son variantı hazırlanıb, hazırda sənədin yekun variantı nəzərdən keçirilir. Bunu «APA-Economics»ə açıqlamasında «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, yolboyu tunellər, yol ötürücüləri, piyadalar üçün yeraltı keçidlərin və körpülərin inşası nəzərdə tutulub.

«İlkin cizgilərə əsasən, Olimpiya Stadionuna giriş məqsədilə Ziya Bünyadov prospektində «Əyyub Petrol» YDM yaxınlığında yeni tunelin tikintisinə başlanılıb. Hazırda burada suvay vurma işləri gedir. Stadion ətrafında tikinti altına düşən maneələrin böyük hissəsi köçürülüb. Bundan başqa, hazırda qaz, su və elektrik xətlərinin köçürülməsi işləri aparılır», - deyə P.Mürsəliyev əlavə edib.

Qeyd edək ki, Heydər Əliyev prospektindən yeni avtomobil yoluna və əksinə olaraq prospektə giriş mümkün olacaq. Yol istifadəyə verildikdən sonra şəhərin mərkəzindən birbaşa Olimpiya Stadionuna tıxacsız və sürətli gediş təmin olunacaq. Bu yol öz növbəsində Heydər Əliyev prospektinin yüklənməsinin qarşısını alacaq.

Yolun tikinti işləri 2015-ci ilə Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunlarına qədər yekunlaşacaq. Yolun uzunluğu Həsən Əliyev küçəsinin sonundan «Koroğlu» metro stansiyasına qədər 7 km, buradan Olimpiya stadionuna qədər isə 5 km olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR