Şadlıq saraylarında monitorinqlər başlayacaq

Şadlıq saraylarında monitorinqlər başlayacaq
# 03 dekabr 2013 13:02 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Məhərrəmlik ayı başa çatan kimi şadlıq saraylarında hazırlanan yeməklərin monitorinqlərinə start verəcəyik”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

O bildirib ki, onlar vaxtaşırı bu cür monitorinqlər həyata keçirirlər: “Monitorinq zamanı əsasən şadlıq evlərində verilən qəlyanaltıların keyfiyyəti ilə əlaqədar bakterioloji müayinələr keçirib, analizlər götürüləcək. Monitorinqləri respublika ərazisində olan bütün şadlıq evlərində aparmağı nəzərdə tuturuq. Yoxlamalar yekunlaşdıqdan sonra monitorinqin nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR