Moskvada keçiriləcək folklorçuların III Ümumrusiya konqresində AMEA nümayəndələri də iştirak edəcək

Moskvada keçiriləcək folklorçuların III Ümumrusiya konqresində AMEA nümayəndələri də iştirak edəcək
# 22 yanvar 2014 16:54 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevralın 3-dən 9-dək Moskvada Rusiya Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə folklorçuların III Ümumrusiya konqresi keçiriləcək.

AMEA-nın Folklor İnstitutunun mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil və mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy da bu konqresə dəvət olunublar. A. Xəlilin APA-ya verdiyi məlumata görə, dünyanın bir sıra ölkələrindən folklorşünasların qatılacaqları mərasim üçün 400 alimin məruzəsi seçilərək konqresin proqramına daxil edilib: “Konqres ilk dəfə 2006, ikincisi isə 2010-cu ildə keçirilib. Builki konqresdə “Folklor müasir informativ və mədəni məkanda” və “Folklorun tarixi və nəzəriyyəsi problemləri”, “Xalq bədii mədəniyyətinin öyrənilməsi və tədrisi problemləri” tematik bloklarında müvafiq mövzuların müzakirəsi nəzərdə tutulub”.

A. Xəlil əlavə edib ki, konqres çərçivəsində, həmçinin folklorun və ənənəvi mədəniyyətin aktual problemlərinə dair “dəyirmi masa”ların, diskussiyaların, seminarların təşkili və məşhur xalq sənətkarlarının çıxışlarının dinlənilməsi planlaşdırılır.

Konqres çərçivəsində Rusiya folklor kinosu festivalı keçiriləcək, folklor kollektivlərinin çıxışları olacaq, dekorativ-tətbiqi sənət əsərlərinin sərgisi, kitab yarmarkası və digər mədəni tədbirlər təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR