Türkiyənin hakim partiyası bu gün prezidentliyə namizədini açıqlayacaq - VİDEO

Türkiyənin hakim partiyası bu gün prezidentliyə namizədini açıqlayacaq - <span style="color: red;">VİDEO
# 01 iyul 2014 04:43 (UTC +04:00)

Bakı. Mahir Məmmədli - APA TV. Türkiyənin Ədalət və İnkişaf Partiyası bu gün prezidentliyə namizədini açıqlayacaq. APA TV-nin verdiyi xəbərə görə, namizədin açıqlanacağı konqres mərkəzində gecədən hazırlıqlara başlanılıb. Toplantıda 4 minə yaxın adamın iştirak edəcəyi gözlənilir.


Təhlükəsizlik məqsədilə mərkəzin zalı, dəhlizləri bağlanıb, binanın ətrafına təhlükəsizlik çəpəri çəkilib.


Türkiyənin baş nazirinin müavini Bülənd Arınç jurnalistlərə açıqlamasında namizədin adını açıqlamasa da, hakim partiyanın prezident seçkilərinə hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğanla gedəcəyi istisna olunmur.


Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçiriləcək. İlk turda qalib müəyyənləşməsə, ikinci turun avqustun 24-də keçirilməsi planlaşdırılır. Hazırkı prezident Abdullah Gülün səlahiyyət müddəti avqustun 29-u bitir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR