Rusiyanın Novqorod vilayətində psixonevroloji internatda yanğın olub, 37 nəfərlə bağlı məlumat yoxdur

Rusiyanın Novqorod vilayətində psixonevroloji internatda yanğın olub, 37 nəfərlə bağlı məlumat yoxdur
# 13 sentyabr 2013 05:18 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya FHN-in İnformasiya İdarəsinin rəisi Oleq Voronov deyib.

“Dəqiqləşdirilmiş məlumata görə, internatda 60-dək insan olub, müəssisə administrasiyası tərəfindən onlardan 20 nəfərdən çoxunu təxliyə etmək mümkün olub. 37 nəfərlə bağlı məlumat yoxdur. Lakin bu o demək deyil ki, onlar ölüb”, deyə Voronov bildirib. “Ola bilsin ki, onlar özləri yanan binanı tərk edib”, deyə o əlavə edib.

O qeyd edib ki, hadisə yerində yanğının söndürülməsi davam edir. “Yanğının söndürülməsinə 30 ədəd texnika və 150 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. Həmçinin FHN-in 3 helikopteri hazır vəziyyətə gətirilib”, deyə Oleq Voronov qeyd edib.

Qeyd edək ki, yanğın yerli vaxtla 02.52-də baş verib. Yanğın 04.25-də 670 kv.m sahədə lokallaşdırılıb. Məlumata görə, hadisə nəticəsində müalicə korpusu tamamilə yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR