ABŞ-da qatarın relsdən çıxması partlayışa və bir neçə binanın uçmasına səbəb olub

ABŞ-da qatarın relsdən çıxması partlayışa və bir neçə binanın uçmasına səbəb olub
# 29 may 2013 00:46 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi məlumata görə, bu barədə “Fox News” telekanalı xəbər verib.

İnsident mayın 28-i, Bakı vaxtilə 23.00 radələrində Baltimorun Uayt Marş rayonunda baş verib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Şahidlərin sözlərinə görə, qatarın relsdən çıxdıqdan dərhal sonra baş vermiş güclü partlayış baş verib. Partlayış o qədər güclü olub ki, 700 metr radiusunda binalar və tikililər uçub. Bundan başqa yaxınlıqdakı tikililərin bir qismi qəzadan sonra başlanmış yanğın nəticəsində xəsarət alıb.

Qeyri rəsmi məlumata görə, hadisə yerində yük maşınının qalıqları aşkar olunub. Yük maşınının qatarla toqquşması ehtimal olunur.

Qatar “CSX” korporasiyasına məxsus olub. Şirkətdə hadisə ilə bağlı şərh verilmir. Qatarın yükünün nədən ibarət olduğu da hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR