Avropa İttifaqı Azərbaycanın İKT sahəsində təcrübəsini öyrənmək niyyətindədir

Avropa İttifaqı Azərbaycanın İKT sahəsində təcrübəsini öyrənmək niyyətindədir
# 15 avqust 2013 07:04 (UTC +04:00)

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş çərçivəsində ölkədə dördillik missiyasını başa çatdıran R.Kobia qeyd edib ki, Azərbaycanda fəaliyyəti müddətində İKT sektorunda genişmiqyaslı işlər görüldüyü və müsbət nəticələr əldə edildiyinin şahidi olub.

R. Kobia Aİ məkanına qonşu ölkələr arasında Azərbaycanın İKT-nin inkişafı üzrə regionda ən qabaqcıl ölkələrdən birinə çevrildiyini, Aİ-nin bu inkişafı diqqətlə izlədiyini və gələcək planların həyata keçirilməsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə mütəxəssis dəstəyi göstərməyə hazır olduğunu bildirib.

R.Kobia son 10 il ərzində Azərbaycanın İKT sahəsində həyata keçirdiyi uğurlu transformasiya siyasətindən «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində digər ölkələrin də bəhrələnməsi üçün Azərbaycanın öz təcrübəsini Aİ ilə bölüşməsini xahiş edib.

Ə. Abbasov öz növbəsində Aİ-nin təsisatları ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sıx əməkdaşlıq etdiyini, daim fikir və təcrübə mübadiləsinin aparıldığını qeyd edib.

Nazir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq ölkədə elmə əsaslanan iqtisadiyyatın formalaşdırılması, gələcək 10 il ərzində İKT gəlirlərinin neft və qaz sahəsində əldə edilən gəlirlərin səviyyəsinə çatdırılması kimi perspektiv planları olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR