Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Çoxtərəfli Qrupun bu il ilk iclası keçirilib

 Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Çoxtərəfli Qrupun bu il ilk iclası keçirilib
# 24 yanvar 2014 13:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) 2014-cü il üzrə ilk iclası keçirilib.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycan Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasını cari ildə ÇQ-də təmsil edəcək yeni üzvlər Çoxtərəfli Qrupa təqdim edilib, Yeni Memorandumun yekun layihəsinə dair Koalisiyanın təklifləri səsləndirilib və təkliflər üzrə ÇQ üzvləri müzakirələrini davam etdirib.

Həmçinin, gələcəkdə MHŞT hesabatlarını tutuşduracaq auditorun fəaliyyətini əks etdirən Şərtlər Toplusunun MHŞT Standartına uyğunlaşdırılmasına dair «Moore Stephfens» şirkətinin rəyi dinlənilib və digər məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR