Azərbaycan bank sistemi üzrə qeyri-faiz zərəri 28% artıb

Azərbaycan bank sistemi üzrə qeyri-faiz zərəri 28% artıb
# 12 dekabr 2013 12:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2013-cü ilin yanvar-oktyabr aylarında toplam olaraq 305,84 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu, 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 159,59 mln. manat və ya 2,1 dəfə çoxdur.

Yanvar-oktyabr aylarında bankların faiz gəlirləri 1 347,1 mln. manat, faiz xərcləri 676,5 mln. manat təşkil edib və nəticədə, 670,6 mln. manat həcmində faiz mənfəəti yaranıb. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 349,3 mln. manat, qeyri-faiz xərcləri isə 590,4 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə zərər 241,1 mln. manat təşkil edib.

Qeyd edək ki, faiz mənfəəti illik müqayisədə 179,2 mln. manat və ya 36,5%, qeyri-faiz zərəri isə 52,4 mln. manat və ya 27,8% artıb. Göründüyü kimi, yekun mənfəətin artımı əsasən faiz mənfəətinin artması hesabına baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR