Azərbaycanın müdafiə naziri Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib

Azərbaycanın müdafiə naziri Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib
# 20 dekabr 2013 06:58 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri aviasiya poliqonuna baxış keçirib, müxtəlif təyinatlı hərbi aviasiya atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.

Nazir uçuş və texniki heyətlə görüş keçirib, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə əlaqədar fikirlərini bölüşüb, aviasiya poliqonunun abadlaşdırılması, yeni hədəflərin quraşdırılması, müasir taktiki şəraitin yaradılması və baxış meydançasının genişləndirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev də iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR