MN: Aprelin 7-də Füzuli istiqamətində mina partlayışı nəticəsində yaralanan hərbçilərin vəziyyəti stabildir

MN: Aprelin 7-də Füzuli istiqamətində mina partlayışı nəticəsində yaralanan hərbçilərin vəziyyəti stabildir
# 12 may 2014 13:51 (UTC +04:00)

Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

V. Dərgahlının sözlərinə görə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilmiş hərbi qulluqçular - Talıbov Emin Talıb oğlu və Musayev Bəhruz Məhəmmədəli oğlunun vəziyyəti stabildir, həyatları üçün təhlükə yoxdur.

«Onların müalicəsi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimlərinin tam nəzarəti altındadır və davam etdirilir», - deyə V. Dərgahlı qeyd edib.

V. Dərgahlının sözlərinə görə, mina partlayışı zamanı yaralanmış digər hərbi qulluqçuların da vəziyyəti yaxşıdır. Onların hamısı hərbi xidmətlərini davam etdirirlər.

Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu şəhid olub, 6 əsgər isə yaralanıb. Ağır yaralanmış iki hərbçi Talıbov Emin Talıb oğlu və Musayev Bəhruz Məhəmmədəli oğlu Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

İlkin araşdırmaya əsasən, partlayışa müharibə dövründən qalma tank əleyhinə mina səbəb olub. Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR