“Azərpoçt” bu ilin sonu rebrendinqi başa vuracaq

“Azərpoçt” bu ilin sonu rebrendinqi başa vuracaq
# 21 aprel 2014 08:16 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Hollandiyanın “Guydyon” şirkəti Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC-nin rebrendinq strategiyası üzrə təkliflərin hazırlanması istiqamətində işlər aparır.

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, strategiyada “Azərpoçt”un ofislərinin tam yeni konsepsiyaya uyğun şəkildə işinin təmin edilməsini nəzərdə tutulur.

Yeni strategiyaya uyğun Şirvanda reallaşdırılacaq pilot layihə çərçivəsində “Azərpoçt”un yeni dizaynda, fərqli avadanlıqların tətbiqi ilə poçt şöbələrinin işi və xidmətləri təşkil ediləcək.

Bu ilin sonuna kimi rebrendinqin başa çatması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR