İki boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

İki boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib
# 03 iyun 2014 13:19 (UTC +04:00)

Bakı – APA. Rumıniyanın paytaxtı Buxarestdə qadın boksçular arasında keçirilən Avropa çempionatı davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan yığmasının iki üzvü qitə çempionatını ən azı bürünc medalla başa vuracaq.

75 kq çəki dərəcəsində mübarizə aparan Leyla Cavadova 1/4 finalda rumıniyalı Ana Patraskunu məğlub edib – 3:0. Həmyerlimiz yarımfinalda Almaniya boksçusu Sara Şeuriçlə üz-üzə gələcək.

Dünya çempionatının bürünc mükafatçısı Yelena Vıstropova da (69 kq) yarımfinala yüksəlib. Boksçumuz ikinci görüşündə polşalı Natalya Hollinsanı üstələyib – 3:0. Vıstropovanın növbəti rəqibi rumıniyalı Mikaela Kristiana olacaq.

Əzizə Abbasova (48 kq) isə türkiyəli Ayşə Çağrıra 0:3 hesabı ilə uduzaraq, yarışdan kənarda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR