Azərbaycanda müəllimin peşə standartları hazırlanacaq

Azərbaycanda müəllimin peşə standartları hazırlanacaq
# 10 iyun 2014 09:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi tərəfindən Azərbaycanda müəllimin peşə standartları hazırlanacaq.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulur.

Xidmətlərin məqsədi ümumtəhsil məktəblərinin müəllimləri üçün yeni peşə standartlarının hazırlanmasından ibarətdir. Yeni standartlar peşə fəaliyyətinin bütün mərhələlərində təcrübəli və yeni müəllimlərə tətbiq olunacaq.


Xidmətlərin icrası bu ilin sentyabrından gələn ilin fevral ayına kimi davam edəcək. Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən müvafiq məlumatları və sənədləri təqdim etməlidirlər. Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.
Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaq. Maraqların ifadəsi yazılı şəkildə iyunun 30-dək Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəyə və Təhsil Nazirliyinə müvafiq ünvana təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR