Buxarestdə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO

Buxarestdə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 10 may 2014 15:50 (UTC +04:00)

Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Buxarest şəhərində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında keçirilən anma tədbirində Azərbaycanın Rumıniyadakı Səfirliyinin, Heydər Əliyev Fondunun, ARDNŞ-in Rumıniya nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, türk-tatar icmasının təmsilçiləri, Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələr, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun büstü önünə əklillər qoyulub.

Tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyini ziyarət ediblər. Nümayəndəliyin direktoru İ.Hacıyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, sabitliyin bərqərar olunmasındakı xidmətlərindən bəhs edib. O, həmçinin Heydər Əliyevin adını daşıyan Fondun çox şaxəli humanitar xeyriyyəçilik fəaliyyətindən danışıb. Humanizm ideyaların arxalanaraq fəaliyyət göstərən Heydər Əliyev Fondunun 10 il ərzində həyata keçirdiyi layihələrdən bəhs edən İ.Hacıyev istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman ehtiyacı olanların yanında olduğunu vurğulayıb. Tədbirdə çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov ümummilli lider Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edib və bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyini diqqətə çatdırıb.

O, vurğulayıb ki, bu il eyni zamanda bir sıra layihələri uğurla gerçəkləşdirən, mühüm xeyriyyəçilik fəaliyyəti və cəmiyyətə layiqli xidmətləri ilə seçilən Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyidir. Bildirilib ki, Heydər Əliyev Fondunun məqsədi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində təşkil olunan fotosərgi ilə tanış olub, “AzərTAc” tərəfindən hazırlanmış “Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var” sənədli filminə baxıblar.Tədbir yerli KİV-də işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR