ABŞ Suriya və İraqa hava zərbələri endirmək niyyətindədir

ABŞ Suriya və İraqa hava zərbələri endirmək niyyətindədir
# 14 iyun 2014 04:15 (UTC +04:00)

APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.

Bundan əvvəl ABŞ prezidenti Barak Obama İraqa kömək etməyə hazır olduğunu, lakin döyüşlərdə iştirak etmək üçün regiona qoşun göndərməyəcəyini bildirmişdi. O, milli təhlükəsizlik üzrə komandasına Bağdad hökumətinə yardım etmək üçün digər imkanları nəzərdən keçirməyi tapşırıb.

Qeyd edək ki, “İraq Şam İslam Dövləti” silahlı qruplaşması İraqın Mosul və Tikrit şəhərlərini işğal edərək, paytaxt Bağdada doğru irəliləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR