Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin növbəti ümumi yığıncağı keçirilib

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin növbəti ümumi yığıncağı keçirilib
# 12 fevral 2014 16:03 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İstanbulda Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin növbəti ümumi yığıncağı keçirilib.

Azərbaycanın İqtisadiyyat və Sənaye Naziriliyindən “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin 2013-cü ildəki fəaliyyəti ilə bağlı hesabat dinlənilib.

Tədbirdə həmçinin vurğulanıb ki, birliyin fəaliyyətə başlamasından ötən dövr ərzində azərbaycanlı iş adamlarının Türkiyədə fəaliyyəti daha da genişlənib, əməkdaşlıq üçün yeni imkanlar açılıb. Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinə azərbaycanlı sahibkarlar və müvafiq dövlət qurumları tərəfindən böyük önəm verildiyi, birliyin hər iki ölkənin iş adamları arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığı qeyd edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyə nümayəndəliyinin direktoru Kənan Məmmədov Azərbaycan şirkətlərinin xarici ölkələrdəki fəaliyyətində Türkiyənin xüsusi yerinin olduğunu bildirib, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının fəaliyyətinin əlaqələndirilməsində, yeni investisiyaların təşviqində əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Ümumi yığıncaqda birliyin yeni İdarə Heyəti və Nəzarət-Təftiş Komitəsinin tərkibi təsdiqlənib. K.Məmmədov səs çoxluğu ilə Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin yeni sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR