Bakı – APA. Türkiyə kubokunun yarımfinal oyunlarına start verilib.
Apasport.az saytının məlumatına görə, ilk yarımfinal oyununda “Qalatasaray” “Bursaspor”u qəbul edib.
İlk yarını 2:0 hesabı ilə öndə bitirən “Qalatasaray” ikinci yarıda qapısından 2 top buraxıb və oyun 2:2 hesablı bərabərliklə başa çatıb.
Oyunun sonunda azarkeşlər klub prezidenti Ünal Aysal və baş məşqçi Roberto Mançininin üvnanına “İstefa” şüarları səsləndiriblər.
Cavab oyunu aprelin 4-də Bursada keçiriləcək.
Bu gün isə ikinci yarımfinal oyununda “Antalyaspor” “Əskişəhərspor”u qəbul edəcək.
“Qalatasaray” – “Bursaspor” - 2:2
Qollar: Sneyder, 11; Selcuk, 40 - Volkan, 46; Yılmaz, 88
26 mart
22:30 "Antalyaspor" - "Əskişəhərspor"