Sumqayıtda ötən gecə baş verən silahlı insidentin bəzi detalları məlum olub - FOTO - YENİLƏNİB 1 - VİDEO

Sumqayıtda ötən gecə baş verən silahlı insidentin bəzi detalları məlum olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">VİDEO
# 12 dekabr 2013 08:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sumqayıtda ötən gecə baş verən silahlı insidentin bəzi detalları məlum olub.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə baş verən atışmada polis tərəf olmayıb. Silahlı insident radikal dini qruplaşma üzvü olduğu ehtimal edilən iki tərəf arasında baş verib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb. Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib, silahlı insidentin bir neçə iştirakçısı isə saxlanılıb.

Hazırda baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

***

12 dekabr 2013 00:21

Bakı. Fərahim Qasımov - APA. Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında baş vermiş atışma nəticəsində yaralanan şəxslərin adları məlum olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar hazırda xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Nadir Təkvəlinin APA-ya verdiyi məlumata görə, həmin şəxslər xəstəxanaya ağır qəlpə yaraları ilə yerləşdirilib. O, yaralıların vəziyyətinin orta-ağır kimi qiymətləndirildiyini bildirib.

Qeyd edək ki, silahlı şəxslərin zərərsizləşdirilməsi əməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

***

11 dekabr saat 23.25

Bakı. Fərahim Qasımov-APA. Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında atışma olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, atışma X mikrorayonda, “Soltan” marketin yaxınlığında baş verib.

Əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Atışma nəticəsində qarşı tərəfdən yaralananların olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb. Bir nəfər saxlanılıb. Əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR