"Azər-Türk Bank" Dövlət qulluqçuları günü münasibətilə 15%-dən başlayaraq əmək haqqı çıxarışı əsasında kreditlər təklif edir

"Azər-Türk Bank" Dövlət qulluqçuları günü münasibətilə 15%-dən başlayaraq əmək haqqı çıxarışı əsasında kreditlər təklif edir
# 11 iyun 2014 11:51 (UTC +04:00)

Bakı - APA-Economics. “Azər-Türk Bank” 23 iyun dövlət qulluqçularının peşə bayramı günü münasibətilə 17 iyun – 17 iyul tarixində yeni kampaniyaya start verib. Belə ki, dövlət qulluqçuları əmək haqqı kart hesablarından son 6 ayın çıxarışını təqdim etməklə illik 15%-dan başlayaraq 50 min manata qədər kreditlər əldə edə bilər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bundan başqa həmin tarixlərdə müraciət edən dövlət qulluqçuları “Master Gold” kredit kartları əldə edəcək.

Bankın kredit kartlarının vasitəsilə ölkə daxilində və xaricində 40 günə qədər faizsiz ödəmə imkanı mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR