Azərbaycan torpaq mülkiyyəti ilə bağlı standartlar hazırlayıb

Azərbaycan torpaq mülkiyyəti ilə bağlı standartlar hazırlayıb
# 09 dekabr 2013 10:12 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda torpaq mülkiyyəti üçün yeni standartlar hazırlanıb. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.


Onun sözlərinə görə, Azərbaycan torpaqların qiymətləndirilməsi sahəsində Avropa Birliyində tətbiq olunan standartları ölkəmizə gətirmək istəyir: «Bu, Tvinninq layihəsi çərçivəsində həyata keçirilir. Bu məqsədlə keçən il Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə yeni Texniki Komitə yaradıb. Bu qurumun əsas məqsədi Azərbaycanda torpaq, onun fiziki-kimyəvi xüsusiyyətləri, geodeziya, kartoqrafiya, geoməkan məlumatlar və s. bağlı standartlar yaratmaqdır. Bu işlər uğurla davam etdirilir».


Komitə sədri əlavə edib ki, artıq geodeziya, kartoqrafiya, torpağın bəzi parametrləri ilə bağlı milli standartlar hazırlanıb. «Həmin standartlar beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib», - deyə Q.Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR