Təhsil Nazirliyi qarşısında razılaşdırılmamış aksiyada iştiraka görə tutulanlardan bir qrupunun apellyasiya şikayəti təmin edilməyib

Təhsil Nazirliyi qarşısında razılaşdırılmamış aksiyada iştiraka görə tutulanlardan bir qrupunun apellyasiya şikayəti təmin edilməyib
# 01 noyabr 2013 10:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən razılaşdırılmamış aksiyada iştirakına görə tutulmuş Ruhid Abbasov, Ülfət Qasımov, Dadaş Vəliyev, Rauf Qarayev, Səxavət Quliyev, Elçin Məmmədov və Aydın Məmmədovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuş şəxslərin ümumi sayı 32 nəfər olub.

Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Aydın Məmmədov 2 il 3 ay, Elçin Məmmədov, Ruhid Abbasov, Dadaş Vəliyev, Səxavət Quliyev , Rauf Qarayevin hər biri 1 il 9 ay, Ülfət Qasımov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR