Maykl Mann: “İran və “altılıq” ölkələrinin daha çox zamana ehtiyacları var”

Maykl Mann: “İran və “altılıq” ölkələrinin daha çox zamana ehtiyacları var”
# 13 dekabr 2013 14:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran və “altılıq” ölkələrinin mürəkkəb texniki məsələləri həll etmələri üçün daha çox zamana ehtiyacları var”.

APA-nın “Radiofərda” istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Mayk Mann bildirib.

Onun sözlərinə görə, Cenevrə razılaşmasının həyata keçirilməsi üçün yollar var: “Ancaq mürəkkəb texniki məsələləri nəzərə alaraq daha çox iş görülməsinin zəruriliyi aydın oldu. İranla “altılıq” ölkələri arasında aparılan danışıqlarda iştirak edən ekspertlər məsləhətləşmək üçün öz ölkələrinə geri dönüblər. Hər iki tərəf texniki müzakirələri tezliklə bərpa edəcəklər”.

Qeyd edək ki, İran mətbuatı rəsmi Tehranla “altılıq” ölkələri arasında dekabrın 9-12-də Vyanada ekspertlər səviyyəsində keçirilən nüvə müzakirələrinin yarımçıq dayandırıldığını xəbər verib. Buna səbəb kimi isə ABŞ-ın İrana qarşı tətbiq edilmiş sanksiyaları pozduqlarına görə bəzi şirkətləri “qara siyahı”ya salması göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR