Azərbaycan prezidentinə təbrik məktubları gəlməkdə davam edir - YENİLƏNİB

Azərbaycan prezidentinə təbrik məktubları gəlməkdə davam edir - <span style="color: red;">YENİLƏNİB
# 22 oktyabr 2013 14:58 (UTC +04:00)

Bakı – APA. Fransanın “Total” şirkətinin rəhbəri Kristof de Marjeri Azərbaycan prezidentinə təbrik məktubu ünvanlayıb. APA-nın məlumatına görə, yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə İ. Əliyevi təbrik edən “Total” rəhbəri uzun illərdən bəri qurulan etibarlı əlaqələrin gələcək illərdə də inkişaf etdirə biləcəyindən çox şad olduğunu deyib.

“Ölkənizin iqtisadi inkişafını davam etdirmək, xüsusilə, neft və qaz sahəsində və həmçinin əvvəlki prezidentliyiniz dövründə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində siyasətinizdə Sizə uğurlar arzulayıram”, – deyə K. Merjeri bildirib.

Azərbaycan prezidentinə Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Latviya prezidenti Andris Berzinş, Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı, Rusiya Təhsil Akademiyasının akademiki Albert Lixanov, Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının sədri Miroslav Tsrnoqorats, Yaponiya Nazirlər Kabinetinin xüsusi məsələlər üzrə naziri, iqtisadi dirçəliş naziri, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Akira Amari, Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan, Alman-Azərbaycan Forumunun sədri Hans Eberhard Şleyer, Yunanıstan Demokratik Alyans Partiyasının sədri, parlamentin deputatı Dora Bakoyannis də təbrik məktubu göndəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR