Milli Məclisinin deputatları Baltik forumunda iştirak edəcəklər

Milli Məclisinin deputatları Baltik forumunda iştirak edəcəklər
# 22 oktyabr 2013 23:51 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fuad Muradov, Çingiz Əsədullayev və Rövşən Rzayev oktyabrın 23-də Latviyanın Riqa şəhərinə səfərə yola düşəcəklər. APA-nın Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, deputatlar Baltik forumunda iştirak edəcək, müzakirə olunan məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildirəcəklər.

Səfər oktyabrın 26-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR