Naxçıvan MTN açıqlama yayıb

Naxçıvan MTN açıqlama yayıb
# 09 oktyabr 2013 18:32 (UTC +04:00)

Naxçıvan MTN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu iddiaların tam əsassız, uydurma və yalan olduğu bildirilir.

“Təzyiqlərə məruz qaldığını iddia edən İ.Əkbərli heç bir hüquq-mühafizə orqanına müraciət etməyib, eyni zamanda onun səsvermə məntəqəsindən çıxarılması ilə bağlı məntəqə seçki komissiyasından hüquq-mühafizə orqanlarına məlumat daxil olmayıb. İ. Əkbərlinin iddiaları ilə bağlı 34 saylı məntəqə seçki komissiyasının üzvlərindən daxil olmuş məlumatda onun səhər saatlarında məntəqəyə gəldiyi və yarım saat sonra oradan getdiyi qeyd olunur.

İ. Əkbərlinin uydurmalarına dəstək verən “Amerikanın səsi” radiosunun yalan iddialarla əlaqədar “Naxçıvan MR MTN-dən məlumat almaq mümkün olmayıb” sonluğu verməsi cəfəngiyatdan başqa bir şey olmayıb, heç bir etika ilə ayaqlaşmır.

Bildiririk ki, “Amerikanın səsi” radiosu qeyd olunan iddialarla bağlı nazirliyə müraciət etməyib. Radionun İ. Əkbərlinin uydurmalarını birtərəfli qaydada dəqiqləşdirmədən verməsi mənəviyyata zidd, ölkədə keçirilən demokratik və şəffaf seçki prosesi haqqında yanlış rəy formalaşdırmağa, həqiqi demokratiyaya kölgə salmağa cəhd kimi qiymətləndirilməlidir”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR