Həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub

Həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub
# 22 noyabr 2013 12:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Babagül Məmmədəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, B. Məmmədəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, B. Məmmədəliyev iyulun 3-də yaşadıqları evdə münaqişə zəmində həyat yoldaşı Xalidə Məmmədəliyevanı bıçaqlayaraq qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi üzrə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR