Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gecə - martın 30-da Azərbaycanda yay vaxtına keçiləcək.
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 30 mart 2014-cü il tarixində saat 04.00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.
Bu gecə Azərbaycanda yay vaxtına keçiləcək
29 mart 2014 07:41 (UTC +04:00)
Sosial
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək
16:29
2 may 2024
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
14:36
2 may 2024
Norveç səyyahı: Azad edilən ərazilərdə qısa müddətdə bu qədər işlərin görülməsi təqdirəlayiqdir
13:32
2 may 2024
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində növbəti panel keçirilib - FOTO
13:25
2 may 2024