Qəbələdə zəlzələ oldu

Qəbələdə zəlzələ oldu
# 10 mart 2014 08:19 (UTC +04:00)

Qəbələdə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, zəlzələ yerli vaxtla saat 02:41-də Qəbələdən 9 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ episentrə yaxın ərazilərdə 3 bala yaxın hiss olunub. Tikililərdə dağıntı yoxdur.

Bundan əlavə, İranın Şərqi Azərbaycan vilayətində də zəlzələ baş verib. Təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhəridir. 3.5 bal gücündə olan zəlzələ martın 9-da Bakı vaxtı ilə saat 10:34-də yerin 17 km dərinliyində meydana gəlib. Təbii fəlakət Təbrizdən 8 km, Basmancdan 13 km və Xacədən 19 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

APA TV-nin xəbərinə görə, yeraltı təkanlar Rusiya ərazində də qeydə alınıb. Martın 10-da səhər saatlarında Saxa respublikasının sərhədində Olekma Tındin yaşayış məntəqəsinə 40 km yaxınlığında 3.5 bal gücündə zəlzələ olub.

Meksikada da zəlzələ baş verib. ABŞ-ın Geoloji Xidmət Agentliyinin yayadığı məlumata görə, yer altı təkanlar Meksikanın Sakit okean sahillərində, 35 km dərinlikdə, 6,3 bal gücündə olub. Dağıntı və sunami barəsində məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR