Mustafa Abdulcəmil: “Hazırda ən böyük problem Krım tatarlarının Rusiya vətəndaşlığını qəbul etmək məcburiyyətində qalmasıdır”

Mustafa Abdulcəmil: “Hazırda ən böyük problem Krım tatarlarının Rusiya vətəndaşlığını qəbul etmək məcburiyyətində qalmasıdır”
# 30 aprel 2014 14:26 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Abdulcəmil Krımoğlu Krım tatarlarının Rusiya vətəndaşı olmağa məcbur edildiklərini deyib. APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, M. Krımoğlu bildirib ki, hazırda ən böyük problem Krım tatarlarının Rusiya vətəndaşlığını qəbul etmək məcburiyyətində qalmasıdır. O, Rusiya vətəndaşlığını qəbul etməyənlərin vətənlərində yad rəftarla üzləşəcəyini söyləyib: “İşləmək, seçmək və seçilmək hüququ olmayacaq. Biz Rusiyanı tanıyırıq. Rusiya hakimiyyəti altında olmaq istəmirik, fəqət sayımız o qədər azdır ki, Rusiya kimi böyük dövlətlə mübarizə apara bilmərik”.

M. A. Krımoğlu tatarlar arasında parçalanma olmadığını, lakin bəzi məsələlərdə insanların fərqli fikirləri olduğunu vurğulayıb: “Məsələn, pasport məsələsində bəziləri rus pasportu almağa məcburuq deyir, bəziləri isə qətiyyən almayacağıq, bunlar işğalçı və düşməndir deyirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR