Oktyabrın sonunda Peterburq Beynəlxalq Avtonəqliyyat Forumu keçiriləcək

Oktyabrın sonunda Peterburq Beynəlxalq Avtonəqliyyat Forumu keçiriləcək
# 09 sentyabr 2013 10:14 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Gələn ay Sankt-Peterburq şəhərində (Rusiya) Peterburq Beynəlxalq Avtonəqliyyat Forumu keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu beynəlxalq tədbir oktyabrın 24-27-də baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr bu forumda iştiraka dəvət olunur. Qeyd edək ki, forumun konqres hissəsi «Avromobil sənayesində R&D mərkəzləri», «İntellektual nəqliyyat sistemləri», «Nəqliyyatda təhlükəsizlik», «Gələcəyin avtonəqliyyatı» və «Motor yanacağı qismində qazın istifadə olunması» mövzuları əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR