Ramiz Mehdiyev: “Azərbaycan korrupsiyaya qarşı mübarizədə çox gözəl təcrübə əldə edib” - VİDEO

Ramiz Mehdiyev: “Azərbaycan korrupsiyaya qarşı mübarizədə çox gözəl təcrübə əldə edib” - <span style="color: red;">VİDEO
# 30 iyun 2014 07:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu bu gün “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.

PA rəhbəri bildirib ki, Azərbaycanda prezident İlham Əliyevin sərəncamları ilə korrupsiya ilə mübarizə sahəsində çox mühüm qurumlar yaradılıb: “Prokurorluq nəzdində korrupsiyaya qarşı mübarizə idarəsi var, “ASAN xidmət” adlı qurum yaradılıb ki, bu da çox unikal bir qurumdur. Belə bir qurumun haradasa yaranması ilə bağlı məlumatımız yoxdur. Ümid edirəm ki, tədbirə qonaqlar “ASAN xidmət”də olacaq, onun fəaliyyətini müşahidə edəcək və görəcəklər ki, bu, çox mühüm qurumdur. Azərbaycan vətəndaşları bu qurumun yaranması və ondan istifadə ilə bağlı razılıqlarını bildirirlər”.

Daha sonra Ramiz Mehdiyev prezident İlham Əliyevin müraciətini oxuyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR