Abbas Əraqçı: “İran ABŞ-a adekvat reaksiya verəcək”

Abbas Əraqçı: “İran ABŞ-a adekvat reaksiya verəcək”
# 13 dekabr 2013 11:08 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı ABŞ-ı sərt tənqid edib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, A.Əraqçı bildirib ki, rəsmi Vaşinqtonun İrana qarşı tətbiq edilmiş sanksiyaları pozduqlarına görə 19 fiziki və hüquqi şəxsi “qara siyahı”ya əlavə etməsi Cenevrə razılaşmasının ruhuna zidd hərəkətdir: “Biz hazırda vəziyyəti qiymətləndiririk və məsələyə adekvat reaksiya verəcəyik”.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi dekabrın 11-də İrana qarşı tətbiq edilmiş sanksiyaları pozduqlarına görə 19, dekabrın 12-də isə 18 hüquqi və fiziki şəxsi “qara siyahı”ya salıb. Buna etiraz olaraq İranla “altılıq” ölkələri arasında Vyanada dörd gün davam edən nüvə müzakirələri yarımçıq dayandırılıb və İran nümayəndə dekabrın 12-də axşam saatlarında Tehrana geri dönüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR