Yadigar Sadıqovun məhkəməsi təxirə salınıb

Yadigar Sadıqovun məhkəməsi təxirə salınıb
# 12 dekabr 2013 15:03 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Rayon Məhkəməsində hakim Elçin Kazımovun sədrliyi ilə Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun cinayət işi üzrə məhkəmənin bu günə təyin olunan iclası təxirə salınıb. APA-nın cənub bürosunun məlumatına görə, prosesin təqsirləndirilən şəxsin vəkili Xalid Bağırovun əlverişsiz hava şəraiti ilə əlaqədar iclasda iştirak edə bilməməsi səbəbindən təxirə salındığı bildirilib.

Proses dekabrın 23-nə təyin olunub.

Qeyd edək ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb. Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR