Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü olub - VİDEO

Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü olub - <span style="color: red;">VİDEO
# 14 iyun 2014 07:47 (UTC +04:00)

Bakı – APA. İyunun 14-də prezident İlham Əliyev və Azərbaycanda səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü olub.

APA-nın məlumatına görə, dövlət başçısı Avropa Komissiyasının sədrini qarşılayıb.

Prezident İlham Əliyev və Joze Manuel Barrozu rəsmi foto çəkdiriblər.

Sonra onlar arasında təkbətək görüş olub.

Görüşdə Azərbaycanla Avropa Birliyi arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Joze Manuel Barrozunun səfərinin Azərbaycan-Avropa Birliyi münasibətləri baxımından önəmi qeyd edilib.

Görüşdə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR