Davosda İran və İsveçrə prezidentləri arasında görüş keçirilib

Davosda İran və İsveçrə prezidentləri arasında görüş keçirilib
# 24 yanvar 2014 16:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Dünya İqtisadi Forumunun keçirildiyi Davosda İran və İsveçrə prezidentləri Həsən Ruhani və Didye Burkhalter arasında görüş olub. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər regiondakı son dəyişikliklər, o cümlədən Suriyadakı vəziyyət, İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri və Cenevrə razılaşması kimi mövzular barədə fikir mübadiləsi aparıblar.

H. Ruhani D. Burkhalterə İsveçrənin İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinə ev sahibliyi etməsi ilə əlaqədar təşəkkür edib. O bildirib ki, İsveçrənin Davos forumuna ev sahibliyi etməsi və toplantının müvəffəqiyyətlə keçirilməsi bu ölkənin beynəlxalq arenada bitərəf siyasət yürütməsinin nəticəsidir.

H. Ruhani İranın Suriya xalqına qida və humanitar yardımların göndərilməsi səylərinə də toxunub: “İran digər ölkələr, o cümlədən Avropa ölkələrinin Suriyaya yardımlarının çatdırılması üçün bütün gücü ilə səy göstərəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR