Türkiyə Hərbi Hava Qüvvələrinin aparıcı strukturlarına rəhbərlik edən generallar istefa veriblər

Türkiyə Hərbi Hava Qüvvələrinin aparıcı strukturlarına rəhbərlik edən generallar istefa veriblər
# 29 iyul 2013 12:49 (UTC +04:00)

APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, istefa verən yüksək rütbəli zabitlərin HHQ-nin qərargah rəisi, general-polkovnik Nezih Damcı, Hava Təlim komandanı general-leytenant Atilla Öztürk və Hava Texnik Məktəblər komandanı, general-leytenant Ziya Cemal Kadıoğlu olduğu bildirilir.

HHQ-in qərargah rəisi, general-polkovnik Nezih Damcının adı Şırnak və Uludərədə 34 nəfərin öldüyü bombardmanda hallanır.

Qeyd edək ki, istefalar 1-4 avqust tarixlərində keçiriləcək Yüksək Hərbi Şura (YAŞ) ərəfəsində verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR