Terminologiya Komissiyası: Ötən il Azərbaycanda plagiat lüğət və ensiklopediya çap olunmayıb

Terminologiya Komissiyası: Ötən il Azərbaycanda plagiat lüğət və ensiklopediya çap olunmayıb
# 11 fevral 2014 11:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ötən il ərzində Nazirlər Kabineti yanında Terminologiya Komissiyası 4 lüğəti yenidən işlənilmək üçün geri qaytarıb. Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova APA-ya açıqlamasında bildirib ki, həmin lüğətlər yenidən işlənib, tam təkmil şəkildə olandan sonra çap olunacaq. Onun sözlərinə görə, son dövrlərdə “İzahlı fəlsəfə terminləri lüğəti” komissiyaya daxil olub: “Bu lüğət 3 ay müzakirədən sonra yenidən müəllifin özünə verilib ki, üzərində işləsin. Tam hazır olandan sonra müəllif Terminologiya Komissiyasına müraciət edəcək, təkmilləşmiş forma hazır olandan sonra lüğət çap olunacaq”.

S.Sadıqova ölkədə plagiat lüğət və ensiklopediyalarla bağlı vəziyyətə də aydınlıq gətirib. Onun sözlərinə görə, ötən il aparılan monitorinq nəticəsində plagiat lüğətlərin olmadığı aşkarlanıb: “Ölkədə bütün lüğətlər Terminologiya Komissiyasının qərarı və razılığı ilə çap olunur. 2010, 2011, 2012-ci ildə belə plagiat lüğətlər daha çox idi, amma 2013-2014-cü ildə belə lüğətlər yoxdur. Əvvəllər lüğətlərin 50%-ni insanlar öz hesabına ayrı-ayrı təşkilatlarda çıxarırdılar. 2000-2006-cı illərdə ölkədə bütün lüğətlər Terminologiya Komissiyasının qərarı olmadan nəşr olunurdu. Amma sonradan bütün lüğətlər komissiyanın icazə ilə çap edilir. Bunun nəticəsində də ölkədə 2006-cı ildən plagiat lüğətlərin sayı azalıb, 2013-cü ildə isə heç bir belə lüğət olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR