Azərbaycanda uşaq və ana ölümlərini azaltmaq məqsədilə tədbirlər həyata keçiriləcək

Azərbaycanda uşaq və ana ölümlərini azaltmaq məqsədilə tədbirlər həyata keçiriləcək
# 08 oktyabr 2013 09:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda 2014-2017-ci illərdə beş yaşadək uşaqlar və analar arasında ölüm hallarını azaltmaq, HİV/AİDS, habelə malyariya, vərəm, şəkərli diabet, ürək-damar və irsi xəstəlik hallarının yayılmasının qarşısını almaq və bu xəstəliklərlə əlaqədar ölüm hallarını azaltmaq sahəsində ardıcıl tədbirlər həyata keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə 2014-cü ilin Dövlət Büdcəsi layihəsində qeyd olunub. Yaxın 3 il ərzində ilkin səhiyyə xidməti strukturunun səmərəli təşkili və əhalinin səhiyyə xidmətlərinə əlyetərliliyinin artırılması, analar və uşaqlar arasında qidalanmanın və mikro-nutrientlərlə təminatının yaxşılaşdırılması, genişləndirilmiş İmmunizasiya Proqramının daha da təkmilləşdirilməsi digər qarşısı alına bilən xəstəliklərin azaldılması, səhiyyə qanunvericiliyinin Avropa Birliyinin standartlarına uyğunlaşdırılması sahəsində bir sıra tədbirlər icra olunacaq. 2014-cü ildə səhiyyənin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2013-cü illə müqayisədə 0,2 faiz artaraq 3,6 faiz olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR