Rövnəq Abdullayev: “Azərbaycanda bütün dini məbədlər ARDNŞ-ın hesabına qazdan istifadəyə görə ödəniş etməyəcəklər”

Rövnəq Abdullayev: “Azərbaycanda bütün dini məbədlər ARDNŞ-ın hesabına qazdan istifadəyə görə ödəniş etməyəcəklər”
# 21 oktyabr 2013 15:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda bütün dini məbədlər Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) hesabına qazdan istifadəyə görə ödəniş etməyəcəklər.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, dövlət başçısına dini məbədlərdə qazdan istifadəyə görə ödənişlərdə problemlərin olması ilə bağlı müraciətlər daxil olub: “Bununla əlaqədar olaraq prezident Azərbaycanda bütün dini məbədlərin isitməyə görə olan qaz təminatını ARDNŞ-a həvalə etdi. Eyni zamanda bu, dövlət başçısının dinimizə olan böyük diqqətidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR