“Müasir Azərbaycan peşəkarları” layihəsi çərçivəsində 5 yeni ixtisas üzrə peşəkar kadrlar hazırlanacaq

“Müasir Azərbaycan peşəkarları” layihəsi çərçivəsində 5 yeni ixtisas üzrə peşəkar kadrlar hazırlanacaq
# 05 oktyabr 2013 08:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi tərəfində “Müasir Azərbaycan peşəkarları” layihəsi çərçivəsində 5 yeni ixtisas üzrə peşəkar kadrların hazırlanmasını həyata keçirir.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, layihələrin icrası məqsədilə Belarus Hökuməti, “Knauf”, “Bosch” şirkətləri, “Eldar studio”, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq edir.

“Müasir Azərbaycan peşəkarları” layihəsi ölkədə “Quru inşaat ustası”, “Elektrik-qaz qaynaqçısı”, “Bərbər”, “Dülgər, xarrat-parket ustası”, “Turizm və xidmət sahəsi” istiqamətində peşəkar kadrların hazırlanmasına xidmət edir.

Layihə çərçivəsində artıq 5 layihədən ikisi - 18 nömrəli Bakı Peşə Liseyində “Dülgər, xarrat-parket ustası” ixtisası və “Bərbər” ixtisası üzrə yeni sinfin açılması həyata keçirilib. Yaxın gələcəkdə digər 3 istiqamət - layihə çərçivəsində 4 nömrəli Bakı Peşə Liseyində “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə Resurs Mərkəz açılması, 1 nömrəli Şəki Peşə Məktəbində “Turizm və xidmət sahəsi” ixtisası üzrə qəbul elan olunması və 14 nömrəli Bakı Peşə Məktəbində “Quru inşaat ustası” ixtisası üzrə yeni sinfin açılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR