Azərbaycan Milli Kitabxanasının əməkdaşları təltif olunub

 Azərbaycan Milli Kitabxanasının əməkdaşları təltif olunub
# 27 sentyabr 2013 15:57 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi münasibətilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmrinə əsasən kitabxananın bir neçə əməkdaşı "Fəxri mədəniyyət işçisi" döş nişanı, nazirliyin fəxri fərmanı və pul mükafatları ilə təltif olunublar.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Milli Kitabxanada təltiflərin təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev dövlət tərəfindən kitabxana işinə, bu sahənin inkişafına göstərilən diqqət və qayğıdan danışıb: “Bu günlərdə prezident İlham Əliyevin sərəncamları ilə Milli Kitabxananın bir qrup əməkdaşının orden, medal və fəxri adlarla təltif olunması bunun bariz nümunəsidir”.

Nazir müavini Milli Kitabxananın əməkdaşlarına "Fəxri mədəniyyət işçisi" döş nişanlarını, fəxri fərman və pul mükafatlarını təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR