Təhsil Nazirliyinin şöbə müdiri: “Biz istəyirik ki, təhsil sahəsi ilə medianın dialoqu daha yaxşı səviyyəyə gəlib çatsın”

Təhsil Nazirliyinin şöbə müdiri: “Biz istəyirik ki, təhsil sahəsi ilə medianın dialoqu daha yaxşı səviyyəyə gəlib çatsın”
# 09 iyun 2014 09:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bu gün rəqəmsal, sürətli, xətli media bütün insanları, məişəti əhatə edib. Belə olan təqdirdə “yeni media ilə iş təcrübəsi necə olmalıdır”, “Media ilə iş qurmaq imkanlarını haradan axtarıb tapmalıyıq” kimi suallara cavab tapmalıyıq. “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda keçirilən konfransda bu məsələlər ətrafında müzakirələr aparılacaq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib. O bildirib ki, bütün universitetlərin mətbuat xidməti rəhbərlərinin iştirak etdiyi belə konfranslar gələcəkdə Bakıda və bölgələrdə də davam etdiriləcək.

C. Valehov qeyd edib ki, birgə müzakirələr aparılaraq problemlərin həll yolunun tapılmasına cəhd göstəriləcək: “Biz istəyirik ki, təhsil və media dialoqu daha yaxşı səviyyəyə gəlib çatsın. Mediada təhsillə bağlı yazılan yazıların mahiyyəti, məzmunu forma baxımından daha mükəmməl formaya gəlib çıxsın. Təhsil ekspertlərinin iştirakı ilə buna güzgü tutmağa çalışacağıq. Dünya çox ciddi dəyişir və buna uyğun olaraq təhsil-mediada da məzmun, forma baxımından çox ciddi dəyişikliyə uğrayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR