Nizami Gəncəvinin 870 illik yubileyi Strasburqda da qeyd olunacaq

Nizami Gəncəvinin 870 illik yubileyi Strasburqda da qeyd olunacaq
# 19 noyabr 2013 15:21 (UTC +04:00)

Fonddan APA-ya verilən məlumata görə, YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil olan Strasburqun sakinləri noyabrın 19-da maraqlı sərgi ilə tanış olmaq imkanı əldə edəcəklər.

Rin sarayında düzənlənən sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar - Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar və “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər, Nizami dövrünün geyim nümunələri nümayiş olunacaq.

Burada eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəlində Gəncədə çəkilmiş foto-şəkillər, mütəfəkkir şairin Gəncədəki məqbərəsinin maketi, Bakı, Sank-Peterburq, Moskva, Roma, Çeboksarı və Pekində ucalan abidələrinin fotoları və Heydər Əliyev Fondunun Nizami yaradıcılığına dair nəşrləri sərgilənəcək.

Həmin gün Strasburqun Musiqi və konqres sarayında Azərbaycan Xalq çalğı alətləri orkestrinin konsert proqramı da təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR