Səfir: “Dövlət katibi Con Kerri özü də istərdi ki, Azərbaycana səfər etsin”

Səfir: “Dövlət katibi Con Kerri özü də istərdi ki, Azərbaycana səfər etsin”
# 23 aprel 2014 07:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O bildirib ki, dövlət katibinin səfərinin vaxtı hələ dəqiqləşməyib.

R. Morninqstar ABŞ-ın Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində çox fəal olduğunu söyləyib: “Hər iki ölkənin prezidentləri münaqişənin həlli üçün konkret addımlar atılması məqsədilə müntəzəm şəkildə görüşməlidirlər. Bu, çox vacibdir. Görüşlər həm rəsmi, həm də qeyri-rəsmi formada keçirilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR