AMEA elmi-tədqiqat institutları və müəssisələrində direktor seçkiləri keçiriləcək

AMEA elmi-tədqiqat institutları və müəssisələrində direktor seçkiləri keçiriləcək
# 11 dekabr 2013 15:12 (UTC +04:00)

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında akademik Akif Əlizadə bildirib ki, əksər direktorların səlahiyyət müddəti bitib. Bununla əlaqədar planlaşdırılan seçkilər “AMEA-nın elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında əsasnamə”yə və “AMEA-nın elmi tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na müvafiq aparılacaq.

Tədbirdə Ədəbiyyat İnstitutunun “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” jurnalının redaksiya heyəti və Fizika İnstitutunun yeni strukturu da təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR