Avropa Şurasının baş katibi: “Avropada Dağlıq Qarabağ kimi “qara nöqtə”lərə müdaxilə edə bilmirik”

Avropa Şurasının baş katibi: “Avropada Dağlıq Qarabağ kimi “qara nöqtə”lərə müdaxilə edə bilmirik”
# 28 yanvar 2014 17:02 (UTC +04:00)

Daha sonra assambleya üzvləri baş katibə suallar ünvanlayıblar.

APA-nın Avropa müxbiri xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycan ərazilərinin işğalı ilə bağlı sual verərək, AŞ-nin 10 ildir, Ermənistanın təcavüzkar siyasətinə dözməsinin, işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq etməməsinin səbəblərini soruşub.

T. Yaqland baş katib olduğu 5 il ərzində bu məsələdə heç bir irəliləyişin olmadığını vurğulayıb, Avropada həll olunmamış münaqişələrin hələ də qalmasından təəssüfünü ifadə edib: “Bu problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, ancaq bu məsələdə Avropa Şurasının da üzərinə böyük məsuliyyət düşür. Çünki bu məsələnin əsasını təşkil edən insan haqları problemi Avropa Şurası üçün prioritet olaraq qalmaqdadır. Avropada “qara nöqtələr” adlandırdığımız yerlər var ki, orada Konvensiyamız təəssüf ki, qüvvədə deyil və biz oraya müdaxilə edə bilmirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR